Kredit portfeli 958,4 milyon manat böyüyən Azərbaycan Bankı - Hesabat

14:37 - 18.10.2023


18 oktyabr, Fineko/abc.az. ABB-nin 2023-cü ilin 3-cü rübündəki maliyyə göstəriciləri məlum olub.

ABC.AZ-ın məlumatına görə, sözügedən rübün sonuna ABB-nin kredit portfeli 4 milyard 489 milyon manat təşkil edib. Hesabat göstərir ki, bankın kredit portfeli ötən ilin son rübü ilə müqayisədə 958,4 milyon manat və ya 27,1% artıb.

Kredit portfelinin 2 milyard 87 milyon manatı biznes, 1 milyard 277,5 milyon manatı istehlak, 1 milyard 124 milyon manatı isə daşınmaz əmlak kreditlərinin payına düşüb. İstehlak kreditləri 304,9 milyon manat (31,3%), daşınmaz əmlak kreditləri 204,1 milyon manat (22,2%), biznes kreditləri isə 449,4 milyon manat (27,4%) artıb.