11:57 - 18.10.2023
18 oktyabr, Fineko/abc.az. Mülki pilotsuz uçuş aparatları istehsal oluna biləcək.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, mülki pilotsuz uçuş aparatı aşağıdakı tələblər nəzərə alınmaqla layihələndirilir və istehsal olunur:
-. pilotsuz uçuş aparatı sistemləri əməliyyatının iştirakçısının, havada və yerdə olan pilotsuz uçuş aparatı sistemləri əməliyyatının iştirakçısı olmayan şəxslərin, o cümlədən mülkiyyətin təhlükəsizliyini təmin etməli;
-. istənilən uçuş şəraitində yarana biləcək risklərə mütənasib davamlılıq nümayiş etdirməli;
-. istismar olunduğu istənilən şəraitdə, həmçinin sistemlərin biri, yaxud bir neçəsində nasazlıq baş verdikdə, təhlükəsiz idarə edilə bilən və manevr qabiliyyətinə malik olmalı;
Mülki pilotsuz uçuş aparatı sisteminin istismarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron portalı vasitəsilə həyata keçirilir.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026