“Expressbank” hesabat açıqladı - Artım var, ya azalma?

14:20 - 17.10.2023


17 oktyabr,  Fineko/abc.az.  Xəbər verdiyimiz kimi, “Expressbank” 2023-cü ilin 3-cü rübünə olan hesabatını açıqlayıb.

ABC.AZ xəbər verir ki, hesabat dövründə “Expressbank”ın faiz gəlirləri 42.218 milyon manat, faiz xərcləri isə 11.346 milyon manat təşkil edib. “Expressbank”ın əməliyyat mənfəəti 2023-cü ilin əvvəlində 13.136 milyon manat olduğu halda, 2023-cü ilin 3-cü rübündə 327 min manat artaraq 13.457 milyon manat təşkil edib.

“Expressbank”ın məcmu kapitalı isə 125.196 milyon manat təşkil edib. Qeyd edək ki, Mərkəzi Bankının İdarə Heyətinın qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalı minimum 50 milyon manat təşkil etməlidir.

Xatırladaq ki, “Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb.