Britaniyanın Azərbaycandakı şirkətinin istehsalı kəskin azalıb

14:18 - 16.10.2023


16 oktyabr Fineko/abc.az. Böyük Britaniyanın Azərbaycanda əlvan metallar çıxaran şirkəti “Anglo Asian Mining plc”in istehsalı kəskin düşüb.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətdən bildirilib. Məlumatda qeyd edilib ki, şirkət 2023-cü ilin üçüncü rübü (iyul-sentyabr) ərzində  cəmi 5 295 unsiya istehsal edib. Bu 2022-cü ilin müvafiq dövründən 9 014 unsiya və ya 63 faiz azalmadır.

Ümumilikdə ilin ilk üç rübü ərzində 28 686 unsiya qızıl istehsal edib və bu da 2022-ci iin mvafiq dövründəki rəqəm – 43 081 unsiyadan 33 faiz azdır.

Ekspertlər azalmanı istehsal sahələrində həyata keçirilmiş ekoloji yoxlamalardır. Belə ki, sözügedən yoxlamalar istehsalın azalmasına gətirib çıxarıb. Bu isə “Anglo Asian” üçün çətinlik yaradıb. 

Elmir Murad