Azərbaycanın kapitalı 7% artan Bank - Hesabat

11:01 - 16.10.2023


16 oktyabr Fineko/abc.azXəbər verdiyimiz kimi, "Rabitəbank" bu ilin ilk 9 ayını əhatə edən maliyyə göstəricilərinə dair hesabatını açıqlayıb.

ABC.AZ xəbər verir ki, Bankın qazandığı nailiyyətlərdən biri də faiz gəlirlərində olan müsbət dinamikasıdır. Belə ki, bankın faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 33.44% artaraq 65,7 milyon manata çatıb. Qeyd edək ki, bankın qeyri-faiz gəlirlərində də əhəmiyyətli artım müşahidə edilib. Bu göstərici üzrə artım 11.7 % təşkil edib.

Açıqlanan hesabatdan görünür ki, bank dayanıqlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir və bankın kapitalı 7% artaraq 119,5 milyon manata çatıb.