15:17 - 13.10.2023
13 oktyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) aktivləri 13% artaraq 2023-cü il sentyabr ayının 30-na 55 524,0 milyon ABŞ dolları təşkil edib.
ABC.AZ Fonda istinadla xəbər verir ki, cari ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 14 878,3 milyon manat, büdcə xərcləri isə 3 587,0 milyon manat təşkil etmişdir.
2023-cü ilin doqquz ayı ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 227,2 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 11 422,1 milyon manat, bonus ödənişləri 800,7 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat, akrhesabı ödənişlər isə 3,6 milyon manat təşkil etmişdir.
Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir 2 651,1 milyon manat təşkil edir.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026