Azərbaycanda hazır gümüş ehtiyatı 5 dəfəyədək azalıb

17:20 - 12.10.2023


12 oktyabr, Fineko/abc.az. 2023-cü ilin 1 oktyabr tarixinə Azərbaycanda hazır gümüş ehtiyatı 66 kq təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə hazır gümüş ehtiyatı 254,5 kq və ya 79,4% (4,8 dəfə) azalıb.

2022-ci ilin 1 oktyabr tarixinə bu göstərici 320,5 kq təşkil edib.