İlin üçüncü rübünü 10 milyon manat xalis mənfəətlə başa vuran Azərbaycan Bankı - Hesabat

16:42 - 12.10.2023


12 oktyabr, Fineko/abc.az. “Yapı Kredi Bank Azərbaycan” QSC  2023-cü ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

ABC.AZ xəbər verir ki, ötən ilin uyğun dövrü ilə müqayisədə bankın xalis mənfəəti kəskin artaraq 10 milyon manat təşkil edib.

Bank faiz və qeyri-faiz gəlirlərini artırmağa müvəffəq olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 47.3% artaraq 27.3 milyon manat, qeyri-faiz gəlirləri 21.8% artaraq 16,3 milyon manat təşkil edib. Ümumilikdə, xalis faiz gəliri keçən ilin analoji dövrü ilə müqayisədə 50.3 % artaraq 25.6 milyon manat olub. 

Müştərilərə verilən kredit porfelinin həcmi keçən ilin sonu ilə müqayisədə 8.6% artmış və 257  milyon manat təşkil edib. Belə ki, istehlak kreditləri 32.3% artaraq 60 milyon manat,  daşınmaz əmlak üzrə verilən kreditlər  35.5% artaraq 30 milyon manat olmuşdur. Biznes kreditləri isə cari ilin ikinci rübündə 167 milyon manat təşkil edib.