17:32 - 10.10.2023
10 oktyabr, Fineko/abc.az. Dünya neft qiymətlərinin yüksək olmasını və qeyri-neft ixracının artmasını nəzərə alsaq, Azərbaycanın cari əməliyyatlar balansı profisitlidir.
ABC.AZ APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov deyib. O bildirib ki, bu da öz növbəsində ölkənin strateji valyuta ehtiyatlarına təsir edib.
“Ölkənin strateji valyuta ehtiyatları bu ilin avqust ayında 14.5% artaraq 67.5 milyard ABŞ dollarına çatıb”- AMB sədri əlavə edib.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026