“Maliyyə və Sığorta fəaliyyəti” üzrə ödəniş daxilolmaları bu qədər artıb

11:00 - 10.10.2023


10 oktyabr, Fineko/abc.az. 2023-cü ilin III rübündə Azərbaycanda “Maliyyə və Sığorta fəaliyyəti” üzrə ödəniş daxilolmaları 1 milyard 530 milyon manat təşkil edib. 

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 52.5% və ya 527 milyon manat çoxdur.

2022-ci ilin III rübündə “Maliyyə və Sığorta fəaliyyəti” üzrə ödəniş daxilolmaları 1 milyard 3 milyon manat təşkil edib.