“AzerGold” sentyabrda ölkə iqtisadiyyatına nə qədər vəsait cəlb edə bilib?

10:44 - 10.10.2023


10 oktyabr, Fineko/abc.az. “AzerGold” QSC sentyabr ayında icra etdiyi iki ixrac əməliyyatı nəticəsində xarici bazarda 13.3 min unsiya qızıl və 15.8 min unsiya gümüşün satışına nail olub.

ABC.AZ QSC-yə istinadla xəbər verir ki, bu ixrac əməliyyatları nəticəsində “AzerGold” fəaliyyət dövrü üçün aylıq rekord məbləğdə - 43 milyon 210 min manat vəsaiti ölkə iqtisadiyyatına cəlb edib.