Aktiv ƏDV ödəyicilərinin sayı 11 faiz artıb

16:19 - 9.10.2023


9 oktyabr, Fineko/abc.az. 2023-cü ilin oktyabr ayının 1-i vəziyyətinə aktiv vergi ödəyicilərinin sayı  752,5 min olub.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Qeyd edək ki, bu ilin əvvəli ilə müqayisədə 5,7 faiz çoxdur.

Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 11,0 faiz artıb və 44,3 min təşkil edib

Aktiv təsərrüfat subyektlərinin (obyektlərin) sayı isə ilin əvvəli illə müqayisədə 6,8 faiz artaraq 202,1 minə yüksəlib.