“Bank Melli İran”ın Bakı filialı kiçilib - Kredit portfeli kəskin azalıb

11:26 - 9.10.2023


9 oktyabr, Fineko/abc.az. “Bank Melli İran” Bakı filialı 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 2 milyon 794 min manat xalis mənfəət ilə başa vurub.

Filial 2022-ci ilin eyni aylarını 1 milyon 357 min manat xalis mənfəət ilə bağlayıb ki, bu da illik müqayisədə 2 dəfə çoxdur.

ABC.AZ bankın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən ilin yanvar-sentyabr aylarında “Bank Melli İran” Bakı filialının xalis faiz gəlirləri 2 milyon 389 min manat ikən, bu ilin 9 ayında 2 milyon 148 min manata düşüb.

Bu il oktyabr ayının 1-nə İran bankının aktivləri 79 milyon 586 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 18% azdır. Bunun 5 milyon 636 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda Bakı filialının kredit portfeli 40.4% kiçilib.