11:15 - 9.10.2023
9 oktyabr, Fineko/abc.az. Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının son 8 ildə ən pik həddə yüksəlməsinin səbəbini açıqlayıb.
Mərkəzi Bankdan ABC.AZ-a bildirilib ki, son 2 ildə profisitli tədiyə balansı və de-dollarlaşma proseslərinin davam etdiyi şəraitdə Mərkəzi Bankda keçirilən valyuta hərraclarının mütləq əksəriyyətində təklif tələbi üstələyib.
Bu səbəbdən valyuta bazarında tarazlığın təmin olunması üçün fiskal əməliyyatlarla əlaqədar son aylar ərzində Mərkəzi Bank valyuta bazarına alışyönlü müdaxilə edib. Əvvəlki illərdə olduğu kimi alışyönlü müdaxilələr Mərkəzi Bankın valyuta ehtiyatlarının artması ilə nəticələnir.
“Ümumilikdə alışyönlü valyuta müdaxilələri nəticəsində pul bazasının izafi genişlənməsi pul siyasəti alətləri ilə məhdudlaşdırılır. Bu məqsədlə Mərkəzi Bank son bir ildə özünün sterilizasiya əməliyyatlarını əhəmiyyətli şəkildə aktivləşdirib və yeni alətlərin tətbiqinə başlayıb. Nəticədə cari ilin 9 ayında manatla pul bazasının artımı cəmi 2.5% olub” - Mərkəzi Bankdan açıqlamasında qeyd olunub.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026