ABB Qrupunun xalis mənfəəti 6 ayıda 26,2% artıb

15:12 - 6.10.2023


6 oktyabr, Fineko/abc.az. "ABB" ASC (Azərbaycan Beynəlxalq Bankı) 30 iyun 2023-cü il tarixinə olan konsolidə edilmiş maliyyə hesabatlarını açıqlayıb. Konsolidə edilmiş və təhlil olunmuş maliyyə hesabatı "ABB" ASC-nin maliyyə nəticələri ilə bərabər, onun törəmə şirkətlərinin - "ABB-Moskva" bankının, "ABB-GEO" QSC-nin, "Azərikard" MMC-nin, "Beynəlxalq Lizinq Şirkəti" MMC-nin və "ABB-İnvest” QSC-nin (birlikdə Qrup) maliyyə göstəricilərini də əks etdirir. 

Hesabatlara istinadən xəbər verilir ki, ABB Qrupunun xalis mənfəəti 2023-cü ilin ilk 6 ayında (yanvar-iyun) ötən ilin eyni dövrü ilə müqayisədə 33 milyon 857 min manat və ya 26,2% artaraq 163 milyon 204 min manat təşkil edib. Bank 2022-ci ilin ilk 6 ayında 129 milyon 347 min manat xalis mənfəət əldə etmişdi.

ABB Qrupu tərəfindən müştərilərə verilmiş kreditlər 30 iyun 2022 - 30 iyun 2023-cü il dövründə 636 milyon 182 min manat artaraq 4 milyard 37 milyon 240 min manata çatıb.

Qeyd edək ki, "ABB" ASC-nin nizamnamə kapitalının 96,6%-i dövlətə məxsusdur.

©Marja