17:14 - 5.10.2023
5 oktyabr, Fineko/abc.az. Armaturlar daxil metal məmulatların və sənaye qazlarının istehsalı ilə məşğul olan “AzeSteelCompany” ASC 2022-ci ili 1 milyon 806 min manat zərər ilə başa vurub.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin illik hesabatında qeyd edilib. Məlumata görə, şirkət 2021-ci ildə 298 min manat mənfəət əldə etmişdi.
Ötən il “AzeSteelCompany” şirkətinin cəmi gəlirləri 20 milyon 592 min manat, satışların maya dəyəri 19 milyon 928 min manat, inzibati xərcləri 1 milyon 442 min manat təşkil edib.
Hesabat dövründə şirkətin cəmi aktivləri 20 milyon 393 min manat, cəmi kapitalı 8 milyon 105 min manat, cəmi öhdəlikləri isə 12 milyon 288 min manat olub.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
30 Avqust 2026
31 Avqust 2026