Karbon ən çox bu xidmətlərdə istifadə olunur - Siyahı

14:16 - 5.10.2023


5 oktyabr, Fineko/abc.az. Dünyada ən çox karbon kommunal xidmətlərdə istifadə edilir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən məsələ ilə bağlı araşdırmanı “Stativerse” aparıb. Araşdırmadan sonra məlum olub ki,  kommunal xidmətlərdən  1 milyon dollar gəlir əldə etmək üçün 2634 ton karbon istifadə edilir.

Karbonun ən çox istifadə edildiyi sahələri sizə təqdim edirik:

(1 milyon dollar gəlir üçün istifadə edilən karbon miqdarı)

Kommunal xidmətlər: 2634 ton

Materiallar : 918 ton

Enerji: 571 ton

Sənaye : 194 ton

İstehlak malları : 90 ton