Azərbaycan banklarının faktorinq əməliyyatları üzrə kredit qoyuluşu 75% artıb

16:36 - 4.10.2023


4 oktyabr, Fineko/abc.az. Cari ilin avqust ayında Azərbaycan banklarının faktorinq əməliyyatları üzrə kredit qoyuluşu 76,2 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin avqustu ilə müqayisədə 32,6 milyon manat və ya  74,8% çoxdur.

Belə ki, ötən ilin eyni dövründə bu göstərici 43,6 milyon manat olub. Aylıq müqayisədə isə 5,6 milyon manat, 7,9%-lik artım qeydə alınıb.

İyul ayında faktorinq əməliyyatları üzrə kredit qoyuluşu 70,6  milyon manat təşkil edib. Cari ilin əvvəlindən isə 40,5 milyon manat və 2,1 dəfə artım baş verib.

Belə ki, bu ilin yanvar ayında kredit qoyuluşu 35,7 milyon manat olub