Avropa Mərkəzi Bankı uçot faiz dərəcəsini 4.5%-ə qədər artırıb

17:27 - 14.09.2023


14 sentyabr, Fineko/abc.az. Avropa Mərkəzi Bankı uçot faiz dərəcəsini 4.25%-dən 4.5%-ə qədər artırıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Mərkəzi Bank həmçinin inflyasiyanın 2%-ə qaytarılması hədəfini saxladığını və bunun üçün alətləri tənzimləməyə hazır olduğunu bildirib.

Analitiklər faiz dərəcəsinin artırılmasından sonra Avropada bəzi valyutalarıb məzənnəsində dəyişiklik olacağını ehtimal edir.

Onların fikrincə, bu əsasən də qərbi Avropa ölkələrinin valyutalarına təsir edəcək.