11:51 - 14.09.2023
14 sentyabr, Fineko/abc.az. Azərbaycanda şirkət və digər kommersiya təşkilatları 2023-cü ilin ilk yeddi ayında gəlirlərindən dövlətə 6.5 mlrd. manat vergi ödəyiblər.
ABC.AZ xəbər verir ki, bu rəqəmlər Dövlət Statistika Komitəsinin təqdim etdiyi hesabatda öz əksini tapıb.
Sözügedən hesabatda qeyd edilib ki, 2023-cü ilin ilk 7 ayında hüquqi şəxslər dövlətə 6 milyard 512.9 milyon manatlıq mənfəət vergisi ödəyiblər. Bu 2022-ci ilin eyni dövründən 1 milyard 463 milyon manat və ya 29% çoxdur. 2022-ci ilin ilk yeddi ayında şirkətlər dövlət büdcəsinə 5 milyard 49.9 milyon manat mənfəət vergisi ödəmişdilər.
Vergi Məcəlləsinin 105-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20% dərəcəsi ilə vergi tutulur.
Məsələn, müəssisənin hesabat ilində mühasibat mənfəəti 200 000 manat olub. Müəssisə mühasibat uçotunda avadanlıqlara düz xətt metodu ilə, vergi uçotunda isə azalan qalıq metodu ilə amotizasiya xərcləri hesablayır. Hesabat ilində amortizasiya xərcləri mühasibat uçotunda 87 500 manat, vergi uçotunda isə 70 000 manat olub. Fərq 17 500 manat təşkil edir. Beləliklə, mühasibat mənfəəti ilə vergi mənfəəti arasındakı fərq 17 500 manat olacaq. Vergi mənfəəti olacaq 217 500 manat, mənfəət vergisi isə 43 500 manat.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026