Mərkəzi Bank operator bank layihısinə başladı

10:04 - 14.09.2023


14 sentyabr, Fineko/abc.az. Mərkəzi Bank nağd pulla bağlı əməliyyatların optimallaşdırılması, effektivliyin və səmərəliliyin yüksəldilməsi məqsədilə bir sıra biznes proseslərin kommersiya banklarına ötürülməsi proseslərinə başlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə ölkənin əsas Bankı məlumat yayıb.

Bununla əlaqədar Mərkəzi Bank tərəfindən operator bank modelinin tətbiqinə start verilib və kommersiya bankları arasından seçilmiş operator banklara qarşı tələblər müəyyən edilib.

Qeyd edək ki, hər iki bank öz müştərilərindən qəbul etdiyi pullarla yanaşı, digər banklardan və poçt rabitəsinin milli operatorundan alınmış kağız milli pul nişanlarının avtomatlaşdırılmış emal avadanlığında çeşidlənməsini həyata keçirmək və təkrar tədavülə buraxmaq funksiyasını həyata keçirəcəkdir.