Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 5 mlrd. dollardan çox olub - Mərkəzi Bank

12:08 - 12.09.2023


12 sentyabr, Fineko/abc.az. 2023-ci ilin ikinci rübündə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisi 5,2 milyard dollar təşkil edib.

ABC.AZ xəbər verir ki, bunu brifinqdə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.

O qeyd edib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2 dəfə azdır.

Qeyd edək ki, 2022-ci ilin ikinci rübündə CƏH-in profisiti 10,33 milyard dollar təşkil edib.

"Cari əməliyyatlar hesabının ÜDM-də payı 14,5% təşkil edib" - Samir Nəsirov əlavə edib.

S. Nəsirov onu da deyib ki, neft-qaz qiymətlərində azalma, eyni zamanda idxalın artması və pul baratlatında azalma CƏH-in azalmasına təsir edib.