16:20 - 11.09.2023
11 sentyabr, Fineko/abc.az. Azərbaycan bankları bu ilin III rübündə istehlak kreditlərinə olan tələbin 13% artacağını gözləyir.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.
Bildirilir ki, istehlak kreditlərin tərkib hissəsi olan avto kreditlərə olan tələbin 6%, kartlarla kreditə olan tələbin 17%, əməkhaqqı ilə kreditlərə olan tələbin 10%, məişət kreditlərinə tələbin isə 8% artacağı proqnozlaşdırılır.
Sorğunun nəticələrinə əsasən, bu ilin II rübündə Azərbaycan banklarında istehlak kreditlərinə tələb 29% artıb.
Həmçinin avto kreditlərə olan tələb 4%, kartlarla kreditə olan tələb 8%, əməkhaqqı ilə kreditlərə tələb 8%, məişət kreditlərinə tələb isə 10% artıb.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026