17:11 - 8.09.2023
8 sentyabr, Fineko/abc.az. İstilik və isti su təchizatı xidmətlərinin dayandırılması hallarına dair tələblər müəyyənləşib.
ABC.AZ xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “İstilik enerjisindən istifadə qaydaları”nda əksini tapıb.
Qaydaya əsasən, müəssisə istilik və isti su təchizatı xidmətlərini aşağıdakı hallarda dayandırır:
- istehlakçının müvafiq yazılı müraciəti (istilik və isti su təchizatı xidmətlərinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
- müəssisənin istehlakçıya göstərdiyi istilik və isti su təchizatı xidmətlərinin hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait bir ay müddətində tam məbləğdə ödənilmədikdə;
- müəssisə ilə müvafiq müqavilə bağlanmadıqda;
Aşağıdakı hallara yol verilməsi qadağan edilir:
- İstehlakçıya məxsus olan və ölçüləri istilik təchizatı sisteminin layihəsi ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə hissələrin quraşdırılması;
- istilik sistemlərində istilik daşıyıcılarından təyinatından kənar istifadə (sistemdən və qızdırıcı cihazlardan suyun boşaldılması) edilməsi.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026