11:28 - 7.09.2023
7 sentyabr, Fineko/abc.az. Bu ilin avqust ayında Türkiyədə istehlak məhsullarının qiyməti və xidmət tarifləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 58,94% bahalanıb.
ABC.AZ Türkiyə Statistika İdarəsinə istinadən bildirir ki, ən yüksək bahalanma restoran və otellərdə xidmətlərdə qeydə alınıb – 89,31%. Bundan başqa ötən ilin avqust ayı ilə müqayisdə qida və içkilər 72,86%, ev əşyaları 58,85%, nəqliyyat xidmətləri 70,24% bahalanıb.
Ən az bahalanma mənzillərin qiymətində qeydə alınıb. Mənzillərin qiyməti son bir ildə 24,97% artıb.
İyul ayında Türkiyədə inflyasiya səviyyəsi avqustla müqayisədə aşağı olub – 47,8%.
Hazırda Türkiyə dünyada inflyasiya səviyyəsinin ən yüksək olduğu 7-ci ölkə hesab olunur. Türkiyə inflyasiya səviyyəsinə görə yalnız Venesuela (398%), Liviya (251%), Suriya (139%), Argentina (113%), Zimbabve (77%) və Sudandan (63%) geri qalır.
Onu da qeyd edək ki, Türkiyədə yüksək inflyasiyanın qeydə alınması Azərbaycana da mənfi təsirlər edir. Belə ki, Azərbaycan əsasən Türkiyədən məhsul idxal edir. Türkiyədə məhsulların bahalanması, həmin məhsulların Azərbaycanda da bahalanmasına səbəb olur.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026