Azərbaycanda Fintex eko sisteminin inkişafına çalışırıq - Ruslan Talıbov

11:35 - 6.09.2023


6 sentyabr, Fineko/abc.az. Biz Fintex Assosasiyaları olaraq ölkədə Fintex eko sisteminin inkişafına çalışırıq.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Türkiyə Fintex Forumunda Azərbaycan Fintex Assosasiyasının sədri Ruslan Talıbov bildirib.

O qeyd edib ki, bunun üçün digər ölkələrin təcrübələrindən faydalanmaq istiqamətində müəyyən addımlar atırıq.

"Bu yöndə atılan addımlardan biri kimi qardaş Türkiyənin ödəniş sistemləri və Fintex təşkilatları ilə əməkdaşlığın yollarını axtarırıq. Türkiyə ilə ortaq nələr edə bilərik deyə fikir mübadiləsi aparırıq. Forumu keçirməkdə əsas məqsədimiz də Türkiyədə Fintex təşkilatları üçün hansı imkanların olduğunu diqqətə çatdırmaqdır. Əlbəttə ki, gələcəkdə başqa ölkələrlə də bu cür  forumlar keçirməyi planlaşdırırıq" - deyə R. Talıbov bildirib.

Müəllif: Elmir Murad