Mastercard və Visa kart haqlarını artırmağı planlaşdırmır

10:45 - 6.09.2023


6 sentyabr, Fineko/abc.az. ABŞ-da fəaliyyət göstərən maliyyə xidmətləri şirkətləri Mastercard və Visa, ABŞ-da kredit kartı haqlarını artırmağı planlaşdırdıqlarına dair xəbərlərin doğru olmadığını bildirib.

ABC.AZ xəbər verir ki, Mastercard tərəfindən edilən şərhdə, keçən həftə The Wall Street Journal-da kredit kartı haqları ilə bağlı xəbərin "yanlış" olduğu ifadə edildi.

"Mastercard ABŞ-da bu payızda klirinq haqlarını artırmır və bunu etməyi də planlaşdırmır", - bəyanatda deyilir.

Bundan əlavə, şirkətin bəyanatında qeyd olunub ki, ABŞ-da Mastercard əməliyyatlarının aparılması üçün tələb olunan şəbəkə haqları artırılmayacaq.

Digər tərəfdən, Visa tərəfindən edilən açıqlamada mövzu ilə bağlı mətbuatda yer alan xəbərlərin doöru olmadığı ifadə edildi.

Bəyanatda vurğulanıb ki, Visa kartlarından istifadənin artmasına baxmayaraq, son on ildə Visa əməliyyatlarında ümumi klirinq haqları düz bir seqmentdə olub.