Bu ölkənin Mərkəzi Bank sədri işdən çıxarıldı

10:50 - 4.09.2023


4 sentyabr, Fineko/abc.az. Qazaxıstan Milli Bankının sədri Qalımcan Pirmatov vəzifəsindən azad olunub.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Prezidenti Kasım-Jomart Tokayev müvafiq sərəncam imzalayıb.

Sözügedən sənədd deyilir ki, dövlət başçısının sərəncamı ilə Qalımjan Olja oğlu Pirmatov Qazaxıstan Respublikası Milli Bankının sədri vəzifəsindən azad edilib.

Eyni zamanda, Senat Milli Bankın rəhbəri vəzifəsinə Timur Süleymenovun namizədliyini təsdiqləyib. Timur Süleymenovun namizədliyi Prezident tərəfindən təqdim edilib. Senatorlar açıq səsvermə üsulundan istifadə ediblər. Deputatlar Timur Süleymenovun namizədliyini təsdiqləyiblər.

Qeyd edək ki, Pirmatov 2022-ci ilin fevralın 3-dən ölkənin baş bankiri olub.