16:40 - 1.09.2023
1 sentyabr, Fineko/abc.az. Hər ilin bu vaxtı, yəni tədris müəssisələrinin açılması ərəfəsində Bakıda kirayə mənzil bazarı canlanır. Xüsusən bölgələrdən tələbələrin paytaxta üz tutması bazarda tələbi kəskin artırır. Bu isə qiymətlərə təsir edir.
ABC.AZ xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc hazırda Bakının kirayə mənzil bazarında tələbin əvvəlki illin eyni dövrü ilə müqayisədə 10-13 % çox olduğunu bildirib.
Onun sözlərinə görə, bu il ölkəmizə xaricdən gələnlərin və xüsusilə yay aylarında Bakıda ev kirayələyənlərin sayı daha çox olub: "Xüsusilə də Türkiyədən gələnlərin sayı artıb. Digər tərəfdən, torpaqlarımız işğaldan azad edildikdən sonra ölkəyə investisiya axını başlayıb. Nəticədə kirayə evlərinə tələbat daha da yüksəlib. Buna geosiyasi münaqişələr də təsir edib. Hələ də ölkəmizdə Rusiya və Ukraynadan gələn şəxslər var. Bazarda təklif sayı isə əvvəlki kimi qalıb. Nəticədə mənzil qıtlığı yaşanır. Bu qıtlıq isə qiymət artımına gətirir. Bu dəfə əvvəlki illərdən fərqli olaraq qiymət artımı daha dinamik, daha yüksək sürətlə gedir”.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026