Azərbaycanda kredit portfelinin həcmi 76 milyon artıb

16:18 - 1.09.2023


1 sentyabr, Fineko/abc.az. Mərkəzi Bankın məlumatına görə, 31 iyul 2023-cü il tarixinə Azərbaycanda kredit portfelinin həcmi 21 milyard 372 milyon manat olub. 

ABC.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

"Bu əvvəlki aya olan məbləğ ilə müqayisədə 76 milyon manat artım deməkdir. Bununla belə, rəsmi statistika göstərir ki, hələ də rayonlarda yaşayan vətəndaşlarımızın və eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olanların kreditlərə çıxış imkanları məhdud olaraq qalmaqdadır. Belə ki, ümumi kredit portfelinin 16 milyard 336 milyon manatı Bakıda qeydə alınıb. Bu o deməkdir ki, ümumi kredit porteflinin 76 faizindən çoxu paytaxtın payına düşüb. 805 milyon manat isə Abşeron-Xızı iqtisadi rayonunda təklif olunub. Bu isə o deməkdir ki, bankların verdiyi hər 100 manat kreditin 80 manatından çox Bakı və Abşeronun payına düşür. Bu eyni zamanda ondan xəbər verir ki, regionların kreditlərə çıxış imkanları məhdud olaraq qalmaqdadır", - deyə deputat vurğulayıb.

V.Bayramov əlavə edib ki, bir sıra iqtisadi rayonlar üzrə kredit qoyluşları hələ də kiçik olaraq qalmaqdadır.

"Məsələn, böyük potensialı olan Dağlıq Şirvanda 151, Mil-Muğan iqtisadi rayonunda isə 229 milyon manat krediti qoyluşu qeydə alınıb.