10:06 - 1.09.2023
1 sentyabr, Fineko/abc.az. Xəzər dənizində süni adanın salınması işlərinə başlanılıb.
ABC.AZ Marja-ya istinadən xəbər verir ki, süni ada Nardaran qəsəbəsi, "Sea Breeze Resort" istirahət kompleksinin ərazisində salınır.
Adada gəmi şəklində “Caspian Dream Liner” oteli tikiləcək. Layihə iki-üç ay öncə işgüzar dairələrə təqdim edilib.
Bu, Xəzərdə süni ada yaratmaqla bağlı ikinci belə iddiadır. İlk iddia ilə 2011-ci ildə “Avesta” konserni çıxış edib, lakin “Xəzər adaları” adlı həmin layihə (Sahil qəsəbəsi ərazisində süni arxipelaq-şəhər) bir neçə il sonra iflasa uğrayıb.
Qeyd edək ki, "Sea Breeze" 2006-cı ildə Emin Ağalarov tərəfindən təsis edilib və ilkin olaraq otel, restoran və kiçik çimərlikdən ibarət olub.
Bu gün "Sea Breeze" 180 hektardan çox ərazini tutur və 15-dən çox hazır və davam edən tikinti layihəsini özündə cəmləşdirir, 10-dan çox restoran, kafe və bar, 14 hovuz, sosial obyektlər və abadlaşdırılmış 5,5 km çimərlik sahəsini əhatə edir.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026