Türkiyə iqtisadiyyatı ilin ikinci rübündə bu qədər böyüyüb

17:24 - 31.08.2023


31 avqust, Fineko/abc.az. Bu ilin II rübündə Türkiyədə istehsal olunmuş ümumi daxili məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% çox olub.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu (Türkiye İstatistik Kurumu – TÜİK) məlumat yayıb.

Bildirilir ki, son 1 ildə xidmət sektoru 6,4%, tikinti sektoru 6,2%, dövlət idarəçiliyi, təhsil, insan sağlamlığı və sosial xidmətlər sektoru 5,1%, maliyyə sektoru 4,9%, daşınmaz əmlak sektoru 3,2%, informasiya və rabitə sektoru 1,3%, aqrar sektoru 1,2% artıb, sənaye sektoru 2,6%, inzibati və yardımçı xidmət sektoru isə 1,2% azalıb.