İpoteka Fondunun xətti ilə indiyədək nə qədər ipoteka krediti verilib?

11:53 - 28.08.2023


28 avqust, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən ABC.AZ-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 46 min 258 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 749 milyon 835 min 936 manatdır.