10:29 - 28.08.2023
28 avqust, Fineko/abc.az. “PAŞA Kapital"ın vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.
Mərkəzi Bankdan ABC.AZ-a daxil olan məlumata görə, Mərkəzi Bankın qiymətli kağızlar bazarında həyata keçirdiyi tənzimlənmə və nəzarət tədbirləri ilə bağlı ictimaiyyətin məlumatlandırılması investorların hüquqlarının müdafiəsi və şəffaflığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də (Şirkət) “Qiymətli kağızlar bazarı haqqında Qanun”un 33.1-ci, “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın pozulması səbəbilə onun vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 414-cü və 416.0.1-ci maddələrinə müvafiq olaraq ümumilikdə 6 200 manat məbləğində cərimə edilib.
3 Avqust 2026
4 Avqust 2026