“Mastercard” və “Visa” ödəniş sistemləri bu şirkətlə əməkdaşlığı dayandırdı

16:28 - 25.08.2023


25 avqust, Fineko/abc.az. “Mastercard” və “Visa” ödəniş sistemləri dünyanın ən böyük kriptovalyuta birjası “Binance” ilə əməkdaşlıq edərək kartların buraxılışını dayandırıb.

ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentlik qeyd edir ki, “Visa” ABŞ-da belə kartların paylanmasını iyul ayında dayandırıb, “Mastercard”ın qərarı isə sentyabrda qüvvəyə minəcək. Bildirildiyi kimi, bu, “Binance”nin ABŞ bazarına daxil olmaq planlarına “kritik zərbə” olacaq və birjanın ənənəvi maliyyə sistemindən təcrid olunmasına təsir göstərəcək. “Binance”nin özünün nümayəndələrinin fikrincə, “Mastercard”ın birja ilə əlaqələri kəsmək qərarı “Latın Amerikası və Yaxın Şərqdən olan müştərilərin 1%-dən azına” təsir edəcək, digər istifadəçilərə isə təsir etməyəcək.