Milli Depozit Mərkəzinin qaynar xətti fəaliyyətə başladı

14:01 - 22.08.2023


22 avqust, Fineko/abc.az. Milli Depozit Mərkəzi (MDM) göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədilə Mərkəzi Bankın "966" qaynar xəttinə qoşulub.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəz məlumat yayıb. Qeyd olunub ki, hüquqi və fiziki şəxslər ölkənin müxtəlif bölgələrindən "966-0" yığaraq qaynar xətt vasitəsi ilə sorğularının operativ şəkildə cavablandırılması imkanını əldə etmişdirlər.

Daxil olan zənglər telefonçu-operatorlar tərəfindən qəbul edilir və MDM-in müvafiq struktur bölmələrinə yönəldilir.

MDM-in qaynar xətti iş günləri hesab edilən bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək zəngləri qəbul edir.