Taleh Kazımov bu departamentə yeni direktor təyin etdi

11:00 - 22.08.2023


22 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) Nağd pul departamentinə yeni direktor təyin edilib.

ABC.AZ xəbər verir ki, bununla bağlı qurumun sədri Taleh Kazımov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Adışirin Qasımova həvalə olunub.

Qeyd edək ki, o, bu ilin may ayına qədər Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri olub.