Cari ildə banklar 655.3 mln. manat xalis mənfəət əldə ediblər

15:22 - 21.08.2023


21 avqust, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyul aylarında banklar 655.3 mln. manat xalis mənfəət, 931.4 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər.

Bu barədə ABC.AZ Mərkəzi Bankın hesabatına istinadla xəbər verir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 33% və 26% artıb.

Qeyd olunur ki, yeddi ayda banklar tərəfindən 163.4 mln. manat məbləğində mənfəət vergisi ödənilib.