Aİ ölkələrindəki şirkətlər rekord səviyyədə iflas edir 

16:23 - 17.08.2023


17 avqust, Fineko/abc.az. Bu ilin ikinci rübündə Avropa İttifaqı (Aİ) ölkələrində şirkətlərin iflası ilə bağlı müraciətlərin sayı rekord səviyyəyə yüksəlib.

ABC.AZ xəbər verir ki , bu barədə Avropa Statistika İdarəsi (Eurostat) 2023-cü ilin ikinci rübü üçün şirkətlərin iflas məlumatlarını açıqlayıb.

Sözügedən dövrdə AB ölkələrində şirkət iflaslarının sayı əvvəlki rüblə müqayisədə 8,4% artaraq, 2015-ci ildən bu yana ən yüksək səviyyəyə çatıb.

İkinci rübdə iqtisadiyyatın bütün sahələrində korporativ iflaslar əvvəlki rüblə müqayisədə artıb. Fəaliyyət sahələrinə görə iflaslarda ən çox artım 23,9% ilə yaşayış və ictimai iaşə xidmətlərində, 15,2% ilə daşınma və anbar, 10,1% təhsil, səhiyyə və sosial fəaliyyət sahələrində olub.

Əvvəlki rüblə müqayisədə ən çox iflas müşahidə olunan ölkələr Macarıstan (40,8 faiz), Latviya (24,8 faiz) və Estoniya (24,6 faiz) olub.