10:38 - 16.08.2023
16 avqust, Fineko/abc.az. Bir neçə Rusiya bankı avqustun 15-dən rəqəmsal rublla əməliyyatlara başlayıb.
ABC.AZ xəbər verir ki, birinci mərhələdə bir neçə bankda pilot rejimdə həyata keçirilir.
MTS Bank pilot layihə iştirakçılarına bankın mobil proqramında rəqəmsal rubl hesabı açmaq, ticarət və xidmət müəssisələrində əmtəə və xidmətlər üçün QR kodundan istifadə etməklə rəqəmsal rublla ödəniş etmək, rəqəmsal rublları köçürmək, avtomatik köçürmələr yerinə yetirmək imkanı verəcək. Bundan əvvəl MTS Bank Rusiya Bankı ilə birlikdə hesabların açılması və rəqəmsal rublların fiziki şəxslərə köçürülməsi əməliyyatlarını uğurla sınaqdan keçirdi.
VTB-də testin ilk günündə bankın əməkdaşları rəqəmsal rublda hesabların açılması əməliyyatlarını, fiziki şəxslər arasında köçürmələri, habelə ödəniş əməliyyatlarını sınaqdan keçirmək üçün VTB Online proqramından istifadə ediblər.
Promsvyazbank-da sınaq çərçivəsində bank işçilərindən ibarət fokus qrupu PSB mobil proqramında açılmış rəqəmsal rubl hesabları üzrə əməliyyatlar aparacaq.
Qeyd olunur ki, pilot layihə çərçivəsində rəqəmsal rubldan istifadə edilən əməliyyatların siyahısı genişlənəcək.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026