Yeddi ayda 216 min 878 manat vəsait istehlakçılara geri qaytarılıb

14:52 - 15.08.2023


15 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan 1463 müraciət təmin olunub.

ABC.AZ Dövlət Xidmətinə istinadla xəbər verir ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 9,8 faiz artım deməkdir. Təmin olunan müraciətlər nəticəsində 216 min 878 manat vəsait sahibkarlıq subyektləri tərəfindən istehlakçılara geri qaytarılıb, 36 min 501 manat məbləğində dəymiş ziyan ödənilib.