Rusiya Bankı uçot dərəcəsini 12%-ə qaldırıb

14:09 - 15.08.2023


15 avqust, Fineko/abc.az. Rusiya Mərkəzi Bankı rublun ucuzlaşmasından sonra keçirdiyi fövqəladə iclasda uçot dərəcəsini 3,5 bənd artırıb.

ABC.AZ xəbər verir ki, Bank uçot dərəcəsini 8,5%-dən 12%-ə qaldırıb.

Qətnamənin mətnində təcili faiz artımının qiymət sabitliyi risklərini məhdudlaşdırmaq məqsədi daşıdığı bildirilib.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı ötən ay faiz dərəcəsini 8,5 faizə çatdırmışdı.