Əhalinin gəlirləri artıb

16:25 - 14.08.2023


14 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında Azərbaycan əhalisinin nominal gəlirləri 44 milyard 558,6 milyon manat təşkil edib. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 % çoxdur.

 ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 14,1 % artaraq 4 394 manata çatıb.