14:18 - 11.08.2023
11 avqust, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha bir iri sənaye müəssisəsinin - “Qaradağ Şüşə Zavodu” ASC-nin dövlətə məxsus səhmlərinin satışı üzrə keçirilən investisiya müsabiqəsinin qalibi müəyyənləşib.
ABC.AZ quruma istinadla xəbər verir ki, qalib 10,5 milyon manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəlik götürüb.
Qeyd olunur ki, “Glass Vay” MMC investisiya müsabiqəsinin qalibi elan olunub.
Müqaviləyə əsasən, investor dövlət büdcəsinə 20 milyon manat köçürməli, iki il ərzində müəssisədə 10,5 milyon manat həcmində İnvestisiya Proqramını icra etməlidir.