15:04 - 10.08.2023
10 avqust, Fineko/abc.az. Rusiya Mərkəzi Bankı "maliyyə bazarlarındakı dalğalanmaları azaltmaq üçün" ilin sonuna qədər daxili bazarda xarici valyuta alışını dayandırmaq qərarına gəldiyini açıqlayıb.
ABC.AZ xəbər verir ki, Rusiya Mərkəzi Bankından verilən yazılı açıqlamada, bankın büdcə qaydalarına uyğun olaraq avqustun 10-dan ilin sonuna qədər daxili bazarda valyuta alışını dayandıracağı bildirilib.
Qərarın maliyyə bazarlarındakı volatilliyi azaltmaq üçün verildiyi vurğulanaraq, maliyyə bazarlarındakı vəziyyətdən asılı olaraq valyuta alışlarının bərpa oluna biləcəyi qeyd edilib.
Rusiyanın büdcə qaydalarına əsasən, neft və təbii qaz gəlirləri azalan zaman Milli Sərvət Fondundan valyuta satılır, gəlirlər artdıqda isə valyuta alışı həyata keçirilir.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026