İtaliyada bankların "əlavə" gəlirlərinə vergi tətbiq olunacaq

14:45 - 8.08.2023


8 avqust, Fineko/abc.az. İtaliyanın baş naziri Corcia Meloni kabineti bankların əlavə mənfəətindən gözlənilməz vergi tətbiqini təsdiqləyib.

ABC.AZ xarici mətbuata istinadla xəbər verir ki, vergi, yeni vergi hökumətə təxminən 2 milyard avro (2,2 milyard dollar) gəlir gətirə bilər.

Baş nazirin müavini Mateo Salvini Romada qatıldığı mətbuat konfransında 40% olmasına qərar verilən əlavə mənfəət vergisinin vergi endirimlərini maliyyələşdirmək və ilk dəfə ev sahibi olanlara ipoteka dəstəyi vermək üçün istifadə ediləcəyini bildirib.

Baş nazirin müavini Antonio Tajani “Corriere della Sera” nəşrinə açıqlamasında vergi qərarının Avropa Mərkəzi Bankının faiz dərəcələrini artırmasının qaçılmaz nəticəsi olduğunu bildirib. Meloni hökuməti uzun müddətdir ki, Avropa Mərkəzi Bankının faiz siyasətini tənqid edir.

Vergi qərarı gəldikdən sonra İtaliya Birjasında Benchmark FTSE MIB indeksi üçün fyuçerslər 1,3 faiz, kreditor UniCredit SpA-nın səhmləri isə bazar ertəsi Tradegate-in bağlanışından 3,6 faiz ucuzlaşıb.