Səudiyyə Ərəbistanının Sərvət Fondu 15 mlrd. dollar zərər edib

17:24 - 7.08.2023


7 avqust, Fineko/abc.az. Səudiyyə Ərəbistanının Sərvət Fondu, SoftBank Vision Fund-dakı investisiyalarının dəyərinin düşməsindən sonra 2022-ci il üçün 15,6 milyard dollar zərər gördüyünü bildirdi.

ABC.AZ xəbər verir ki, bazar günü açıqlanan illik maliyyə hesabatına görə, Dövlət İnvestisiya Fondu (PİF) ötən il 25,4 milyard dollar gəlir əldə edib.

Vəliəhd şahzadə Məhəmməd bin Salmanın başçılıq etdiyi PIF, keçən il Səudiyyə səhmlərinə ayrılan aktivlərinin nisbətini 24 faizdən 32 faizə yüksəldib.

O, həmçinin İngiltərənin Newcastle United FC futbol klubu və ABŞ infrastrukturuna investisiya edən Blackstone Group LP fondunun daxil olduğu Beynəlxalq Strateji Aktivlərə qoyulan payı 20 faizdən 10 faizə endirib.