15:35 - 4.08.2023
4 avqust, Fineko/abc.az. Cari il iyulun 1-nə Azərbaycanda biznes kreditlərinin 26 %-i girovsuz verilib. Ötən ilin eyni dövrü ilə müqayisədə girovsuz verilən biznes kreditlərinin məbləğində 1 % artım var. Biznes kreditlərinin bir növü olan mikro kreditlərin isə 36 %-i girovsuz verilib. Bu kreditlər isə son 1 ildə 31 % artıb.
ABC.AZ xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiyasiyası" (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev bildirib.
O, qeyd edib ki ,iyunun sonuna istehlak kreditlərinin 88 %-i girovsuz təqdim edilib.
“Bu kreditlər verildikdə Bakı və regionlar arasında fərq qoyulmur. Burda əsasən borcun gəlirə nisbəti nəzərə alındığına və kreditlər daha çox onlayn rejimdə verildiyinə görə hara verilməsinin əhəmiyyəti yoxdur. Yəni şəxsin yalnız gəlirləri nəzərə alınır.”- deyə Zakir Nuriyev əlavə edib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026