"Kapital Bank"ın adi səhmdarlarının sayı 3% artıb

11:56 - 3.08.2023


3 avqust, Fineko/abc.az. Bu il iyulun 1-nə "Kapital Bank" ASC-nin 199 adi və 77 imtiyazlı səhmdarı olub.

ABC.AZ "Renkinq"ə istinadla xəbər verir ki, bu barədə Bankın yarım illik idarəetmə hesabatında qeyd edilib. Sənədə əsasən, son 1 ildə "Kapital Bank"ın adi səhmdarlarının sayı 6 vahid və yaxud 3,1% artıb, imtiyazlı səhmdarlarının sayı isə dəyişməyib.

Adi səhmdarların sayında artım səhm sahibi olan fiziki şəxslərin sayının 5 nəfər və yaxud 2,6% artaraq 197-ə, hüquqi şəxslərin sayının isə 2 dəfə artaraq 2-yə çatması ilə bağlıdır. İmtiyazlı səhmlər isə ötən il iyulun 1-nə olduğu kimi 71 fiziki və 6 hüquqi şəxsə məxsusdur.