10:17 - 3.08.2023
3 avqust, Fineko/abc.az. 2023-cü il dövlət büdcəsinin yenidən baxılmış xərclərinin 36 milyard 624,8 milyon manat səviyyəsində olacağı gözlənilir ki, bu da ilkin proqnoz göstəriciyə nisbətən 9,8 faiz çoxdur.
Bu barədə ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunan xərc artımının maliyyə təminatı olaraq 2023-cü il dövlət büdcəsinin gəlirləri 3 milyard 116,5 milyon manat (o cümlədən Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 457,7 milyon manat), kəsiri isə 155 milyon manat artırılmışdır.
Bununla yanaşı, dövlət büdcəsinin təsdiq olunmuş bəzi xərclərinin optimallaşdırılması və yerdəyişməsi hesabına büdcə xərcləri daxilində 1 milyard 122,9 milyon manat məbləğində əlavə maliyyə təminatı yaradılıb.
Həmçinin ölkənin müdafiə təyinatlı xərclər 2 milyard 70 milyon manatdan 3 milyard 70 milyon manata çatdırılıb.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026